Fərid Qayıbov Bakıdakı idman yürüşündə iştirak etdi
Bakının Dünya İdman Paytaxtı statusu çərçivəsində təşkil olunan “Zirvəyə birlikdə qalxaq” kütləvi yürüşündə nazir Fərid Qayıbov da iştirak edib.

Oktyabrın 18-də paytaxtda sağlam həyat tərzinin və kütləvi idmanın təbliği məqsədilə “Zirvəyə birlikdə qalxaq” adlı yürüş keçirilib. Tədbir Bakının “Dünya İdman Paytaxtı” statusu daşıması çərçivəsində təşkil olunub.
Səhər saat 10:00-da Funikulyor meydanından başlayan kütləvi yürüşdə gənclər və idman naziri Fərid Qayıbov da iştirakçılar arasında yer alıb. İştirakçılar Dağüstü parka aparan pilləkənlərlə yuxarı qalxaraq marşrutu “Mənzərə” restoranının yaxınlığında tamamlayıblar.
Fiziki fəallığı artırmaq hədəfi daşıyan aksiya Bakının 2026-cı ildə “Dünya İdman Paytaxtı” seçilməsi münasibətilə şəhərdə reallaşdırılan silsilə idman tədbirlərindən biridir.
Mənbə: GettoSport



