Fərid Qayıbov Məzunlar Assosiasiyasının üzvləri ilə görüşdü
Gənclər və idman naziri Fərid Qayıbov 28 noyabr 2026-cı il tarixində Crescent Bay Biznes Mərkəzində Azərbaycan-Birləşmiş Krallıq Məzunları Assosiasiyasının…

Gənclər və idman naziri Fərid Qayıbov 28 noyabr 2026-cı il Şənbə günü Crescent Bay Biznes Mərkəzində Azərbaycan-Birləşmiş Krallıq Məzunları Assosiasiyasının üzvləri ilə görüşüb. Bu barədə Sportinfo.az məlumat yayıb.
Görüş zamanı tərəflər fikir mübadiləsi aparıblar, məzunların sualları cavablandırılıb və onların təklif, təşəbbüsləri müzakirə edilib.
Müzakirələrdə gənclərin bilik və beynəlxalq təcrübəsinin ölkənin inkişafına töhfəsi, gələcək əməkdaşlıq imkanları və yeni təşəbbüslər əsas mövzular olub.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport



