GETTOSPORT

Fikayo Tomori Milanın təklifini rədd etdi və yayda gedəcək

Fikayo Tomori 14 oktyabr 2026 — Milanın yeni müqavilə təklifini qəbul etməyib və yayda azad agent kimi klubdan ayrılmağı planlaşdırır; Tottenham onunla…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Fikayo Tomori qırmızı qara Milan forması ilə meydanda
Foto: Sportal.az

14 oktyabr 2026 — “Milan” klubu müdafiəçi Fikayo Tomoriyə yeni müqavilə təklif edib, lakin 28 yaşlı futbolçu təklifi rədd edib və yayda azad agent kimi komandadan ayrmağı planlaşdırır.

İtaliyanın Tuttosport nəşrinə istinadən bildirilib ki, klub rəhbərliyi Tomoriyə yeni müqavilə təqdim etsə də, o, razılıq verməyib. İngiltərəli müdafiəçini “Tottenham” komandası israrlı şəkildə heyətinə qatmaq istəyir.

Tomori 2021-ci ilin yayından bəri “Milan”da çıxış edir. Onun hazırkı transfer dəyəri 10 milyon avro qiymətləndirilir.

Keçən mövsüm Tomori A Seriyasında 33 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər