Forza Neftçi rəhbəri Səccad Abbasov azarkeşlərə çağırış etdi
Forza Neftçi rəhbəri Səccad Abbasov sosial şəbəkədə azarkeşləri komandaya dəstək olmağa çağırıb, küsərək tribunadan uzaqlaşmamağı xahiş edib.

18 oktyabr 2026 — Forza Neftçi fanklubunun rəhbəri Səccad Abbasov sosial şəbəkədə paylaşım edərək azarkeşləri komandaya dəstək göstərməyə çağırıb. Abbasov mesajında sırf sosial şəbəkə narazılıqlarının yetərli olmadığını, tribunalarda fəallıq və mədəni davranışın vacibliyini vurğulayıb.
O, yazıb:
“Bu “Neftçi” tək buraxılacaq “Neftçi” deyil. Çempionu qapısına sıxan, 1 xal qazanmayıb, 2 xal itirən “Neftçi”dir. “Neftçi” bu ölkədə yeganə klubdur ki, gücünü tarixindən və azarkeşlərindən alır. Siz isə “Neftçi”dən küsərək onu yarımçıq qoyursuz.
Abbasov həmçinin əlavə edib:
“Forza Neftçi” hər zaman - pis və yaxşı anında, elə ya da belə flaqmanın yanındadır. Amma bu demək deyil ki, sizin “Neftçi” sevginiz sosial şəbəkədə qalmalıdır. Tribuna mədəniyyətinə töhfə vermək üçün sizlər də lazımsız. Hə, bir də “Forza Neftçi”mizin adı bəzi saxta xəbərlərə montajlansa da, sizlər bizi bilirsiz. Biz vətəni, bayrağı və “Neftçi”si üçün yaşayan insanlarıq. Döyüşkən “Neftçi”ni çoxdan arzulayırdıq, indi isə o var. Növbə sizdədir”.
Rəhbərin müraciətində fanklubun hər vəziyyətdə komandanın yanında olduğu, eyni zamanda azarkeşlərdən tribuna mədəniyyətini qorumağı və passiv narazılıq əvəzinə stadion dəstəyi göstərmələri xahiş olunub.
Mənbə: GettoSport
BU XƏBƏRDƏ
Neftçi


