GETTOSPORT

Futbol masası verilişi Sportinfo TV-də yayımlandı

Sportinfo TV-nin YouTube kanalında yeni veriliş Futbol masası yayımlandı. Həbib Aslanovun aparıcılığı ilə proqram həftəlik efirdə olacaq və I Liqa, gənclər…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Həbib Aslanov kamera qarşısında veriliş studiyasında
Foto: Sportinfo.az

14 oktyabr 2026. Sportinfo TV-nin YouTube kanalında yeni veriliş "Futbol masası" yayımlanmağa başladı. Proqram həftəlik formatda izləyicilərlə görüşəcək.

Verilişin aparıcısı tanınmış jurnalist Həbib Aslanovdur. "Futbol masası"nda əsas mövzular kimi I Liqa, aşağı yaş qrupları üzrə milli komandalar və şaq futbolundakı problemlər diqqət mərkəzində olacaq.

"Futbol masası"nın baş sponsoru "Muno365" şirkətidir. "Muno365" süni intellekt dəstəkli biznes idarəetmə platformasıdır və restoran, kafe, ticarət, istehsalat və digər sahələr üçün nəzərdə tutulmuş innovativ ekosistem təqdim edir.

Şirkət platformasının funksiyaları arasında satış, maliyyə, anbar və personal proseslərinin birləşdirilməsi, biznes göstəricilərinin təhlili, risklərin aşkarlanması və strateji qərarların qəbulu üçün ağıllı dəstək göstərilməsi qeyd olunur.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər