GETTOSPORT

Göztəpə Eyüpsporu dörd cavabsız qolla məğlub etdi

Türkiyə Superliqasının yeddinci turunda Göztəpə səfərdə Eyüpsporu 4:0 hesabı ilə məğlub edərək cari mövsümdə ilk qələbəsini rəsmiləşdirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Göztəpə və Eyüpspor komandaları arasındakı oyundan epizod
Foto: İdman.biz

Türkiyə Superliqasının yeddinci turu çərçivəsində keçirilən matçda “Göztəpə” səfərdə “Eyüpspor” komandası ilə qarşılaşıb və 4:0 hesablı darmadağınla qalib gəlib.

Qarşılaşmada hesabı 11-ci dəqiqədə qonaqların oyunçusu Xuan açıb. İkinci hissədə təşəbbüsü tamamilə ələ alan İzmir təmsilçisində Enrike parlayıb. O, 54, 59 və 75-ci dəqiqələrdə rəqib qapısına ardıcıl üç top vuraraq het-trik edib və matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu nəticə ilə cari mövsümdə ilk qələbəsini əldə edən “Göztəpə” xal ehtiyatını 6-ya çatdıraraq turnir cədvəlində 15-ci pilləyə yüksəlib. Meydan sahibləri “Eyüpspor” isə topladığı 3 xalla çempionatın sonuncu sırasında qalıb.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər