İdman dırmanması çempionatı Bakıda keçiriləcək
Oktyabrın 22-25-də Climb Baku mərkəzində 16 yaşdan yuxarı idmançılar arasında idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək; çətinlik və bouldering…

21 oktyabr 2026 — Bakıda oktyabrın 22-dən 25-dək idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək.
Yarış Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Climb Baku İdman Dırmanma Mərkəzində keçiriləcək. Çempionatda 16 yaş və daha yuxarı yaş qrupundan olan idmançılar iştirak edəcəklər və onlar çətinlik (lead) və bouldering növləri üzrə mübarizə aparacaqlar.
Proqrama əsasən, oktyabrın 22-də çətinlik növü üzrə təsnifat mərhələsi, oktyabrın 23-də həmin növün finalı keçiriləcək. Oktyabrın 24-də bouldering üzrə təsnifat, oktyabrın 25-də isə final yarışları nəzərdə tutulub.
Çempionatın keçirilməsinin məqsədi ölkədə idman dırmanmasının inkişafına töhfə vermək, idmançılar arasında rəqabəti gücləndirmək, onların peşəkar hazırlıq səviyyəsini yüksəltmək və milli komandanın formalaşdırılması üçün perspektivli idmançıları müəyyənləşdirməkdir. Eyni zamanda tədbirin bu idman növünə marağı artırması da istisna edilmir.
Mənbə: GettoSport



