İndira Hacıyeva Bişkekdə TDT-nin gənclər və idman toplantısında iştirak etdi

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva oktyabrın 20-21-də Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yubiley…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
İndira Hacıyeva Bişkekdə TDT toplantısında nitq söyləyir
Foto: İdman.biz

22 oktyabr 2026 — Qırğızıstanın paytaxtı Bişkekdə oktyabrın 20-21-də keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin gənclər və idman nazirlərinin onuncu yubiley iclasında və ekspert görüşündə Azərbaycanı gənclər və idman nazirinin müavini İndira Hacıyeva təmsil edib.

Nazir müavini iclasda Azərbaycanın gənclər və idman sahəsində gördüyü işlər barədə məlumat verib. Toplantıda türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə layihə və təşəbbüslərin həyata keçirilməsi, habelə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Çıxışlarda “Bakı - 2026 İdman Paytaxtı” çərçivəsində türk dünyasından olan gənclər və idmançıların Azərbaycanda keçiriləcək tədbirlərdə fəal iştirakının əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbir boyunca İndira Hacıyeva Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev və Nazirlər Kabineti yanında Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Agentliyinin direktoru Urmat Asanbayev ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə gənclər və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər