İnter Çempionlar Liqasında qələbə həsrətinə son qoydu
İnter Çempionlar Liqasının üçüncü turunda Şaxtyora 1:0 hesabı ilə qalib gələrək 5 oyundan sonra turnirdə ilk qələbəsini rəsmiləşdirib.

"İnter" UEFA Çempionlar Liqasının üçüncü turu çərçivəsində keçirilən matçda "Şaxtyor" üzərində minimal hesablı (1:0) qələbə qazanaraq turnirdəki uğursuzluq zolağından çıxıb.
Kristian Kivunun rəhbərlik etdiyi Milan təmsilçisi bu nəticə ilə qitənin ən nüfuzlu klub turnirində beş oyundan sonra ilk qalibiyyətini təmin edib.
Bu görüşə qədər "neradzurri" turnir tarixindəki ən uğursuz seriyasını yaşamış və ardıcıl dörd matçda məğlubiyyətlə üzləşmişdi. Komanda cari mövsümün ikinci turunda "Brügge"yə 3:4, açılış qarşılaşmasında isə "Real Madrid"ə 1:2 hesabı ilə uduzmuşdu. İtaliya klubu ötən mövsümün 1/8 final mərhələsində isə "Bude-Qlimt"lə hər iki duelində (1:3 və 1:2) məğlub olmuşdu.
Mənbə: GettoSport
Çempionlar Liqası
Şaxtyor Donetsk
Real Madrid
İnter
Milan


