İnter Federiko Kyezanın transferini hədəfləyir
İtaliya klubu İnter Liverpulun hücumçusu Federiko Kyezanı heyətinə qatmaq üçün variantları araşdırır və futbolçunun transferini gündəmə gətirib.

İtaliyanın İnter klubu hücum xəttini gücləndirmək üçün İngiltərənin Liverpul komandasının üzvü Federiko Kyezanın transferini nəzərdən keçirir. Milan təmsilçisinin rəhbərliyi İtaliya millisinin oyunçusunu digər namizədlərlə müqayisədə daha əlçatan və sərfəli variant kimi qiymətləndirir. Bu barədə Offsideplus.az məlumat yayıb.
Kyezanın təcrübəsi, universallığı və hücumun müxtəlif mövqelərində çıxış edə bilməsi klubun diqqətini çəkir. Hazırkı mərhələdə tərəflər arasında hər hansı rəsmi razılaşma əldə olunmasa da, klub rəhbərliyi transfer prosesinin gedişatını yaxından izləməkdə davam edir.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Liverpul
İnter
Milan
İtaliya millisi


