İslam Maxaçev fermasında nəhəng öküzünü nümayiş etdirdi
UFC çempionu İslam Maxaçev şəxsi fermasındakı 1,350 kq-lıq öküzünü göstərib və Usman Nurmaqomedov ilə bağlı insidentə münasibət bildirib.

UFC çempionu İslam Maxaçev şəxsi fermasındakı çəkisi 1,350 kiloqram olan öküzünü nümayiş etdirib. İdmançı heyvanın çəkisini gələcəkdə iki tona çatdırmaq niyyətində olduğunu açıqlayıb. Bu barədə Offsideplus.az məlumat yayıb.
Maxaçev, həmçinin Usman Nurmaqomedov və Merab Dvalişvilinin iştirakı ilə baş verən insidentə də toxunub. O, baş verənlərdə heç bir səhv görmədiyini vurğulayıb: “Bizim uşaqların hərəkətində yanlış bir şey görmürəm. Kimsə şərəfə toxunursa, birə-bir, ikiyə-bir fərq etmir, bu heç nəyi həll etmir”.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport



