Jo-Vilfrid Tsonqa Alkaras və Sinneri müqayisə etdi
Jo-Vilfrid Tsonqa Univers Tennis podkastında Karlos Alkaras və Yannik Sinnerin nəslə görə müqayisəsini aparıb, onların həqiqi gücünü əvvəlki əfsanələrlə…

13 oktyabr 2026 — Fransalı sabiq tennisçi Jo-Vilfrid Tsonqa Univers Tennis podkastında Karlos Alkaras və Yannik Sinnerin dünya tennisindəki üstünlüyünü şərh edib və onların əvvəlki nəsil ulduzlarla müqayisəsində şübhələrini ifadə edib.
Tsonqa Alkarasın hərtərəfli oyununu vurğulayıb, lakin qeyd edib ki, onun Rodjer Federer, Rafael Nadal və Novak Cokoviç kimi əfsanələrdən fiziki və psixoloji baxımdan üstün olub-olmadığı məlum deyil. Fransalı idmançı podkastda ispaniyalının gücünü daha sərt rəqiblərlə üz-üzə gələndə görmək istədiyini deyib:
“Alkarasın ‘Rolan Qarros’u qazanmasını görmək istərdim. Amma üçüncü mərhələdə Xuan Martin del Potro, 1/8 finalda Endi Marrey, 1/4 finalda Novak Cokoviç, yarımfinalda Rocer Federer və finalda Rafael Nadalla qarşılaşmaq şərtilə. Bunu həqiqətən görmək maraqlı olardı. Hazırda isə Alkaras və Sinner bütün turnirlərdə üstünlük təşkil edirlər.”
Tsonqa həmçinin hazırkı tennisdə Alkaras və Sinnerin əvvəlki nəslin ulduzları qədər güclü rəqiblərlə mübarizə aparmağa ehtiyacın azaldığını vurğulayıb. Qeyd edək ki, Tsonqa 2022-ci ildə karyerasını başa vurub və peşəkar fəaliyyəti ərzində Novak Cokoviçi və Rodjer Federer'i altı dəfə, Rafael Nadalı dörd dəfə, Endi Marreyi üç dəfə, Xuan Martin del Potronu isə iki dəfə məğlub edib. O, Alkaras və Sinnerlə heç vaxt qarşılaşmayıb.
Mənbə: GettoSport



