Joze Mourinyo Real Madrid qələbələrindən danışdı
Real Madridin baş məşqçisi Joze Mourinyo Valensiya üzərində qazanılan 3:0 hesablı qələbədən sonra komandadakı ab-hava barədə açıqlama verib.

Joze Mourinyo komandasının İspaniya La Liqasında "Valensiya" üzərində qazandığı 3:0 hesablı qələbədən sonra kollektivin daxili ab-havası haqqında fikirlərini bölüşüb. Bu barədə Offsideplus.az məlumat yayıb.
"Real Madrid"in baş məşqçisi bildirib ki, bu cür nəticələr klub üçün adəti hala çevrilib və qeyri-adi coşğu yaratmamalıdır:
Mən daim futbolçulara bildirirəm ki, "Real Madrid" kimi klubda qələbələr qeyri-adi sevinc yaratmamalıdır. Bu komanda üçün qələbə adi haldır. Hazırda paltardəyişmə otağında hamı xoşbəxtdir, amma dəhşətli və bərk musiqi səslənir (gülür). Məğlub olanda isə xaos yaranır və bu, bəzən klubun ətrafına, azarkeşlərə də sirayət edir. Amma komandanın daxilində biz həmişə sakitliyimizi qoruyuruq.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
BU XƏBƏRDƏ
Real Madrid
Joze Mourinyo


