Judo Club 2012 Çempionlar Liqasında debüt edəcək
21 oktyabr 2026 — Judo Club 2012 oktyabrın 24-də Parisdə keçiriləcək Avropa Çempionlar Liqasında ilk dəfə iştirak edəcək; heyətdə yeddi cüdoçu var.

21 oktyabr 2026 — Azərbaycanın Judo Club 2012 komandası oktyabrın 24-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq Avropa Çempionlar Liqasında ilk dəfə çıxış edəcək. Komandaya baş məşqçi İmran İmanov rəhbərlik edəcək və turnirdə ölkəmizi yeddi cüdoçu təmsil edəcək.
Komandanın heyəti:
- Qadınlar: 57 kq - Ülviyyə Babayeva
- Qadınlar: 70 kq - Aytac Qardaşxanlı
- Qadınlar: +70 kq - Diana Semçenko
- Kişilər: 73 kq - İbrahim Əliyev
- Kişilər: 90 kq - Elcan Hacıyev
- Kişilər: +90 kq - Sübhan Axundov
- Kişilər: +90 kq - Əsəd Əsgərov
Azərbaycan nümayəndə heyətində klubun təsisçisi və sədri, Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov da iştirak edəcək. Həmçinin veteran cüdoçular arasında dünya və Avropa çempionatlarının mükafatçısı olan Azər Əsgərovla birlikdə məşqçilər Zaur Bağırov və Eldar Kasumov Parisə yollanacaq.
Avropa Cüdo İttifaqının təşkil etdiyi Çempionlar Liqasında ümumilikdə 11 klubun iştirakı nəzərdə tutulub. Yarışın əvvəlki qalibi Fransanın PSJ klubu olub.
Mənbə: GettoSport
Çempionlar Liqası
PSJ


