Juninyo Santos Laqunada kütləvi davaya səbəb oldu
23 oktyabr 2026: Pumasın sabiq Qarabağ hücumçusu Juninyo Santos Laquna ilə oyunda əvəzlənərkən etdiyi jestdən sonra futbolçular və məşqçilər arasında kütləvi…

23 oktyabr 2026. Meksika — "Pumas"ın hücumçusu və sabiq "Qarabağ" oyunçusu Juninyo Meksikanın çempionatında "Santos Laquna" ilə səfər matçında əvəzlənərkən meydan sahiblərinin azarkeşlərinə göstərdiyi jestdən sonra meydançada və ehtiyat oyunçular skamyasında kütləvi qarşıdurma baş verib.
Matç "Pumas"ın 0:2 hesablı məğlubiyyəti ilə bitib; "Santos Laquna" hər iki qolunu penalti zərbələrindən vurub və ardıcıl altıncı qələbəsini qazanıb. Qarşılaşmanın əvvəlində "Pumas"ın müdafiəçisi Natan Silva qırmızı vərəqə alıb.
Hadisə Juninyonun əvəzlənərkən əlləri ilə 4:0 hesabını göstərərək rəqib üzərində əvvəldən qalib gəldikləri görüşü xatırlatması üzündən başlayıb. Bu jest "Santos Laquna"nın ehtiyat oyunçular skamyasında narazılıq yaradıb, tərəflər arasında əvvəlcə sözlü mübahisə, daha sonra itələşmə və əlbəyaxa dava yaranıb.
İnsident zamanı "Pumas"ın fiziki hazırlıq üzrə məşqçisi Rodriqo Barrios rəqibin ehtiyat oyunçular skamyasına su qabı atdığı üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Juninyo 2023–2025-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2025-ci ilin yanvarında Ağdam klubundan Braziliyanın "Flamenqo" komandasına beş milyon avroya transfer olunub. 2025-ci ildə "Flamenqo" ilə Braziliya çempionluğu və Libertadores Kubokunu qazanan hücumçu 2026-cı ilin əvvəlində eyni məbləğə Meksikanın "Pumas" klubuna keçib.
Mənbə: GettoSport
Qarabağ
Rodriqo Hernandez


