Kamal Umudlu UEFA Gənclər Liqasında oyun idarə edəcək

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının Vilyarreal - PSJ matçına təyinat alıb. Görüş sabah Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Azərbaycanlı hakim Kamal Umudlu oyundan əvvəl stadionda
Foto: Offsideplus.az

Azərbaycanlı FIFA referisi Kamal Umudlu beynəlxalq matça təyinat alıb. O, UEFA Gənclər Liqasında İspaniyanın "Vilyarreal" və Fransanın PSJ komandalarının U-19 heyətləri arasında keçiriləcək qarşılaşmanı idarə edəcək. Bu barədə Offsideplus.az və Sportal.az məlumat yayıb.

31 yaşlı hakimə yan xəttlərdə Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını ispan Borxa Qixarro Kolomer yerinə yetirəcək.

Qeyd edək ki, "Vilyarreal" - PSJ görüşü sabah Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Mənbə: Offsideplus.az, Sportal.az

Hazırladı: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər