Karlton Koul tankla derbiyə getməsini açıqladı

Keçmiş İngiltərə futbolçusu Karlton Koul 2017-də İndoneziyadakı derbiyə azarkeş təhlükəsinə görə tankla aparıldıqlarını və Maykl Essienlə birlikdə olduğunu…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Karlton Koul derbi üçün tankla gedərkən xatirələrini danışır
Foto: İdman.biz

25 oktyabr 2026 — İngiltərə millisinin və Vest Hem-in sabiq hücumçusu Karlton Koul karyerası zamanı İndoneziyada yaşadığı ən qeyri-adi hadisələrdən birini xatırlayıb: 2017-ci ildə Persib Bandung-un heyətində olarkən derbi oyunu üçün tankla stadiona aparıldıqlarını deyib.

Koul bildirib ki, Persib Bandung ilə Persija Cakarta arasındakı derbi zamanı azarkeşlər arasındakı düşmənçilik elə səviyyədə olub ki, komandanın avtobusla getsə, onlara kərpic atıla bilərdi. Buna görə də təhlükəsizlik məqsədilə hərbi texnika ilə hərəkət etməyə qərar verilib.

“İnanmaq çətin olsa da, İndoneziyada futbol xuliqanlığı mövcuddur. Qəribədir, sanki onlar ‘Green Street’ filminə baxıb düşünürlər ki, futbol matçına getmək üçün mütləq dava etmək lazımdır. Yerli derbiyə getmək üçün tanka mindim”,

Koul həmçinin qeyd edib ki, həmin vaxt komanda ilə birlikdə olan digər tanınmış futbolçu Maykl Essien də bu hadisənin iştirakçısı olub: “Orada Maykl Essienlə birlikdə idim. Əgər avtobusla getsəydik, azarkeşlər bizə kərpic atacaqdılar. Özümü sanki müharibəyə gedirmiş kimi hiss edirdim.”

Qeyd olunur ki, Koul karyerasının böyük hissəsini İngiltərədə keçirmiş, Çelsi və Vest Hem komandalarında çıxış etmiş və İngiltərə millisinin şərəfini qorumuşdur. Maykl Essien isə 2019/2020 mövsümündə Azərbaycanın Sabail klubunda 14 oyunda meydana çıxıb.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər