GETTOSPORT

Kassano: Rodrigo Vinisiusdən qat-qat üstün sayılır

Antonio Kassano Çempionlar Liqası çərçivəsində Roma - Real qarşılaşması öncəsi Vinisiusun forması və Rodrigo ilə müqayisəsi barədə sərt fikirlər səsləndirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Antonio Kassano müsahibədə danışarkən
Foto: Offsideplus.az

14 oktyabr 2026, Çərşənbə. Keçmiş futbolçu Antonio Kassano Çempionlar Liqasında keçiriləcək Roma - Real Madrid matçı öncəsi braziliyalı hücumçu Vinisius Juniorun oyununa dair sərt rəylər verib və onu komanda yoldaşı Rodrigo ilə müqayisə edib.

Kassano bildirib ki, Vinisius hazırkı forması ilə özünün ən yüksək səviyyəsindən uzaqdır və bunun Roma üçün faydalı ola biləcəyini də vurğulayıb. O, sözlərini belə davam etdirib: “Vinisius sadəcə yaxşı futbolçudur. Mənim fikrimcə, Rodrigo ondan qat-qat üstündür. Niyə Vinisius haqqında komanda yoldaşından daha çox danışıldıqlarını anlamıram.”

Kassano Vinisiusun fiziki hazırlığından narazıdır: “Vinisius optimal fiziki formada olmadıqda, meydançada alternativ həll yolları tapmaqda çətinlik çəkir. Üstəlik, o, hücumların yekunlaşdırılmasında yüksək effektivliyi ilə seçilmir. Bəli, qol vurur, amma superulduz səviyyəsində deyil.”

Keçmiş hücumçu əlavə edib ki, əgər Rodrigo tam sağlam olarsa, onun start heyətində çıxış etməsinin daha məntiqli olduğunu düşünür: “Düşünürəm ki, Rodrigo tam sağalsa, məhz o, start heyətində meydana çıxmalıdır. O, mənim daha çox xoşuma gəlir. Onun yaşıl meydanlara dönüşünü səbirsizliklə gözləyirəm.”

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər