Kəpəz DNK İstanbul Hospital ilə müqavilə imzalayıb

Kəpəz klubunun əsas və əvəzedici komandalarına tibbi xidmət göstərəcək müqavilə 31 may 2027‑ci ilədək bağlanıb; sponsor loqosu qol üzərində yer alacaq.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Kəpəz futbol forması və stadionun LED monitorunda DNK İstanbul Hospital loqosu
Foto: Offsideplus.az

15 oktyabr 2026, Cümə axşamı. "Kəpəz" klubunun rəhbərliyi DNK İstanbul Hospital ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə 31 may 2027‑ci ilədək qüvvədə olacaq.

Müqaviləyə əsasən, klubun əsas və əvəzedici komandalarının futbolçularına müayinə, müalicə, tibbi baxış və digər tibbi xidmətlər göstəriləcək. Sponsorluq çərçivəsində DNK İstanbul Hospital brendi "Kəpəz"in oyun formasının sol qolunda loqo kimi əks olunacaq.

Eyni zamanda Gəncə Şəhər Stadionunda keçiriləcək "Kəpəz"in ev oyunlarında meydançanın perimetri boyunca yerləşən LED monitorlarda yeni tərəfdaşın videoçarxları nümayiş etdiriləcək.

DNK İstanbul Hospital 2005‑ci ildən Gəncədə fəaliyyət göstərir və qərb bölgəsinin böyük tibb müəssisələrindən biridir. Xəstəxana iki filialdan ibarətdir və aşağıdakı şöbələri əhatə edir:

  • Ümumi Cərrahiyyə
  • Ginekologiya və Estetik Cərrahiyyə
  • Ürək‑damar Cərrahiyyəsi, Neyrocərrahiyyə və Nevrologiya
  • Travmatologiya və Ortopediya, Urologiya və Androloq
  • Oftalmologiya, Daxili Xəstəliklər və Endokrinologiya
  • Allerqologiya, Mammologiya və Radiologiya

Xəstəxanada təcili tibbi yardım və stasionar xidmətlər fasiləsiz (24/7) göstərilir.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər