Kim Min Ce üçün dörd klub Bavariyaya təklif göndərdi

Bavariya klubunun cənubi koreyalı müdafiəçisi Kim Min Ce üçün dörd klub transfer təklifi göndərib. Futbolçu yekun qərarını hələ verməyib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Bavariya klubunun müdafiəçisi Kim Min Ce
Foto: Sportal.az

Bavariya klubunun mərkəz müdafiəçisi Kim Min Ce karyerasında dəyişiklik etməyə hazırlaşır. Cənubi koreyalı futbolçunun xidmətində dörd Avropa təmsilçisi maraqlıdır.

Asiyalı müdafiəçini heyətinə qatmaq istəyən Arsenal, Milan, Tottenhem və Aston Villa klubları artıq Münhen təmsilçisinə rəsmi təklif göndəriblər. Almaniya nəhəngi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədər olan oyunçu isə gələcəyi barədə hələlik yekun qərarını verməyib.

Kim Min Ce indiyə qədər vətənində Dooryonq, Yeonço, Suvon və Jonbuk, habelə Çinin Beyjinq Quan, Türkiyənin Fənərbaxça və İtaliyanın Napoli komandalarının şərəfini qoruyub.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər