Koko Qauffa qarşı irqçi təhqirlərə BMT kəskin reaksiya verdi
BMT İnsan Hüquqları Ofisi Koko Qauffa sosial şəbəkələrdə edilmiş irqçi təhqirləri qınayıb və idman ictimaiyyətini həmrəyliyə çağırıb.

11 oktyabr 2026. BMT-nin İnsan Hüquqları Ofisi ABŞ-lı tennisçi Koko Qauffa sosial şəbəkələrdə yönələn irqçi təhqirlərin pislənməsi ilə bağlı açıqlama yayıb.
BMT-nin açıqlaması
Ofisin Ali Komissarı Folker Türkün rəhbərlik etdiyi qurum yayılan açıqlamada bu cür mesajları “dəhşətli” adlandırıb və bildirib ki, qaradərili qadın idmançıları nifrət və irqi təhqirlər xüsusi hədəfə çevirir. Açıqlamada həmçinin “İdmanda irqçi və ya cinsi təhqirlərə yer yoxdur” ifadəsi yer alıb.
BMT idmançıları, məşqçiləri, idman təşkilatlarını və azarkeşləri irqçiliyə və seksizmə qarşı həmrəy olmağa çağırıb.
Məlumata görə, ikiqat Böyük dəbilqə qalibi, dünya reytinqində dördüncü pillədə olan Qauff ötən həftə Pekində keçirilən China Open turnirində yerli tennisçi Sun Sinjanla oyunda mübahisəli epizoddan sonra sosial şəbəkələrdə çoxsaylı irqçi şərhlərlə üzləşib. Həmin xal yenidən oynanılıb və ABŞ təmsilçisi görüşü qazanıb. Qauff fırıldaq ittihamlarını rədd edib və qərarla razılaşmayanların irqçi təhqirlərə əl atmamalı olduğunu bildirib.
Qauff iki gün sonra 1/8 finalda belçikalı Elize Mertensə uduzub və oyundan sonra enerjisinin qalmadığını, özündən gedəcəyini hiss etdiyini söyləyib.
Mənbə: GettoSport



