LANDAU Lions basketbolçuları NTD-ni böyük hesabla məğlub etdi
Azərbaycan Basketbol Liqasının ikinci turunda NTD-ni 102:68 hesabı ilə məğlub edən LANDAU Lions-un baş məşqçisi Erhan Toker oyunu şərh edib.

Azərbaycan Basketbol Liqasının ikinci turunda “LANDAU Lions” klubu NTD komandası ilə qarşılaşub. Matç “LANDAU Lions”un 102:68 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdən sonra açıqlama verən “LANDAU Lions”un baş məşqçisi Erhan Toker qarşılaşmaya məşq xarakterli yanaşdıqlarını bildirib. Mütəxəssis rəqibin gənc basketbolçulardan ibarət kollektiv olduğunu xatırladaraq, Ceyms Fryezer və Edvart Polaytaya istirahət verdiklərini qeyd edib.
Komandasında müdafiə ilə bağlı problemlərin olduğunu etiraf edən baş məşqçi həmin çatışmazlıqlar üzərində işləməli olduqlarını vurğulayıb: “Bu gün gənc komandaya qarşı oynasaq da, bizim də müəyyən qayğılarımız var idi və bunların üzərində işləməliydik. Əslində, daha çox dəqiqə fərdi mübarizəyə əsaslanan basketbol oynamaq istədik. Lakin faulların sayı artdıqca mövqe müdafiəsinə də keçid etdik. Rəqib də çox yaxşı mübarizə apardı. Məncə, pis oyun olmadı”.
Erhan Toker həmçinin FIBA Avropa Kubokunda Çexiyanın “Priviedze” təmsilçisi ilə keçiriləcək səfər oyunu öncəsi hazırlıq prosesindən də danışıb. O əlavə edib ki, heyətdə hamı sağlam olsaydı, kubok matçından əvvəl daha güclü rəqiblə qarşılaşmaq faydalı olardı, lakin mövcud vəziyyətdə bu səviyyədə oyun komanda üçün daha məqsədəuyğun olub.



