Lionel Messi dublla İnter Mayamini qələbəyə daşıdı
MLS çempionatında İnter Mayami səfərdə Atlanta Yunaytedə 3:1 hesabı ilə qalib gəlib. Lionel Messi dubl edib, Luis Suares iki assistlə yadda qalıb.

ABŞ-nin MLS çempionatının müntəzəm mövsümündə İnter Mayami səfərdə Atlanta Yunayted üzərində 3:1 hesablı qələbə qazanıb.
Atlantadakı "Mersedes-Bens" stadionunda baş tutan matçda qonaqlar fasilə ərəfəsində üstünlüyü ələ alıblar. 45-ci dəqiqədə German Berterame rəqib qapısına yol taparaq hesabı açıb.
Qarşılaşmanın ikinci yarısında Lionel Messi fəallığı ilə seçilib. Argentinalı hücumçu 56 və 60-cı dəqiqələrdə ardıcıl iki qol vuraraq komandasının üstünlüyünü üç topa çatdırıb. Mayami təmsilçisinin heyətində iki məhsuldar ötürmə edən Luis Suares də qələbəyə mühüm töhfə verib.
Meydan sahibləri bu qollara yalnız 89-cu dəqiqədə cavab verə biliblər; Fafa Piko fərqi azaldaraq matçın yekun nəticəsini müəyyənləşdirib.
Növbəti tur çərçivəsində oktyabrın 25-də "İnter Mayami" "Nyu-York Red Bulls" komandası ilə, "Atlanta Yunayted" isə "Çikaqo Fayr" ilə üz-üzə gələcək.
Mənbə: GettoSport
İnter Mayami
Lionel Messi
Mançester Yunayted
MLS


