Lionel Messi Karlos Tevesin vida matçına qatılacaq
İnter Mayami klubunun hücumçusu Lionel Messi Karlos Tevesin dekabrın 20-də La Bombonera stadionunda baş tutacaq vida matçında iştirak edəcək.

“İnter Mayami”nin və Argentina millisinin ulduz hücumçusu Lionel Messi sabiq komanda yoldaşı Karlos Tevesin vida matçında qüvvəsini sınayacaq. Bu barədə Sportinfo.az məlumat yayıb.
“Adios Apache” adını daşıyan tədbir dekabrın 20-də “La Bombonera” stadionunda təşkil olunacaq. Təşkilatçılar Messinin bu qarşılaşmada qismət alacağını rəsmən təsdiqləyiblər və matçın Argentina futbolu üçün əsl bayrama çevriləcəyini bildiriblər.
Qeyd edək ki, 42 yaşlı Karlos Teves peşəkar futbolçu karyerasını 2022-ci ildə başa vurmuşdu. O, milli komandada Lionel Messi ilə uzun illər birlikdə çıxış edib, o cümlədən 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatında çiyin-çiyinə mübarizə aparıblar.
Daha əvvəl bu möhtəşəm oyunda Argentina futbolunun digər əfsanələri Xuan Roman Rikelme və Serxio Aqueronun, həmçinin digər tanınmış oyunçuların da meydanda olacağı ilə bağlı məlumatlar yayılmışdı.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Lionel Messi
İnter Mayami
Dünya çempionatı
Argentina millisi


