Lisandro Martines komanda rəhbərliyindən üzr istədi

"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines Çempionlar Liqasındakı məğlubiyyətdən sonra etdiyi tənqidlərə görə komanda rəhbərliyindən üzr istəyib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
"Mançester Yunayted"in müdafiəçisi Lisandro Martines
Foto: İdman.biz

"Mançester Yunayted"in arxa xətt oyunçusu Lisandro Martines Çempionlar Liqasında Madrid "Atletiko"suna 0:2 hesabı ilə uduzduqları matçın ardından klub rəsmiləri və məşqçilər heyəti barədə səsləndirdiyi sərt fikirlərə görə üzrxahlıq edib.

Argentina yığmasının üzvü sosial şəbəkə hesabında paylaşım edərək baş məşqçi və rəhbərliklə təşkil olunan görüşün müsbət atmosferdə keçdiyini bildirib. Müdafiəçi çərşənbə axşamı baş tutan qarşılaşmadan sonra yaşanan anlaşılmazlığı açıq şəkildə müzakirə etdiklərini vurğulayıb.

Həddindən artıq emosional davrandığını etiraf edən Martines komanda birliyinin önəminə toxunub:

"Hamı bilir ki, mən emosional insanam və futbolu böyük ehtirasla yaşayıram. Məğlubiyyətdən sonra keçirdiyim məyusluq məni emosiyalara qapılaraq uyğun olmayan vaxtda və yerdə danışmağa vadar etdi. Buna görə səmimi şəkildə üzr istəmək istəyirəm. Klubumuz yalnız hamımız birlikdə olduğumuz zaman ən yaxşı nəticələrə nail olur. Başa düşürəm ki, həmin anda söylədiyim sözlər komanda birliyinə xidmət etmirdi. Bilirəm ki, “Mançester Yunayted”də hər kəs klubun və azarkeşlərimizin layiq olduğu uğurlara nail olmaq üçün əlindən gələni edir. Artıq bu məsələ geridə qalıb və bütün diqqətimizi birlikdə qələbələr qazanmağa yönəltmişik".

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər