Liv Bona Dea məhkəməyə AFFA-dan 3 milyon tələb edir

Liv Bona Dea Hospital AFFA ilə 2024-cü il müqaviləsinin şərtlərinin pozulduğunu iddia edərək 3 milyon manat tələb edir; tərəflər razılıq olmazsa məhkəmə…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Dalğa Arena/Sabah Arena girişində götürülmüş Liv Bona Dea lövhəsi
Foto: Sportal.az

15 oktyabr 2026 — Azərbaycanda fəaliyyət göstərən Liv Bona Dea Hospital-un rəhbərliyi AFFA ilə bağlanmış müqavilənin pozulduğunu iddia edərək assosasiyanı məhkəməyə verməyə hazırlaşır və AFFA-dan 3 milyon manat tələb edir.

Partiyalar arasında 2024-cü il fevralın 23-də 4 illik müqavilə imzalanıb. Sənədə əsasən Mərdəkandakı Dalğa Arena-nın adı Liv Bona Dea Arena ilə əvəzlənmiş, şirkət AFFA-ya rəsmi açıqlanmayan məbləğdə ödəniş edib və Premyer Liqa oyunlarında tibbi xidmət göstərilməsini üzərinə götürüb.

Bu ilin iyulunda yayılan xəbərlərdə stadionun 12 milyon manata Sabah klubu tərəfindən alındığı göstərilib və klubun prezidenti Maqsud Adəgözəlov bu məlumatı təsdiqləyib. Daha sonra arenada təmir işləri aparılıb, obyektin adı Sabah Arena olaraq dəyişdirilmiş və girişdəki Liv Bona Dea Arena yazısı götürülüb. Klub həmin stadionda oktyabrın 25-də Qarabağ-ı qəbul edəcək.

İddialara görə, baş verən dəyişikliklər Liv Bona Dea Hospital rəhbərliyində narazılıq yaradıb və şirkət müqavilə öhdəliklərinin pozulduğunu əsas gətirərək AFFA-dan 3 milyon manat tələb edir. Tərəflər arasında razılıq əldə olunmazsa məsələ məhkəməyə yönəldiləcək.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər