Lui van Qal qovulmasında Mançester Sitini günahkar sayır

Mançester Yunaytedin sabiq baş məşqçisi Lui van Qal 2016-cı ildəki istefasında Mançester Sitinin maliyyə fırıldaqlarının rol oynadığını bildirib.

Dumanlı Albion redaksiyası••1 dəq oxu
Paylaş
Lui van Qal
Foto: İdman.biz

“Mançester Yunayted”in sabiq baş məşqçisi Lui van Qal 2016-cı ildə vəzifəsindən kənarlaşdırılmasında “Mançester Siti”nin maliyyə qaydalarını pozmasının təsiri ola biləcəyini açıqlayıb.

Niderlandlı mütəxəssis həmin dövrdə UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməmələrinin klubdan ayrılmasında başlıca amil olduğunu vurğulayıb:

“Mənim üçün həmin vaxt Çempionlar Liqasına vəsiqə qazana bilməməyimiz, yəqin ki, “Mançester Yunayted”dən ayrılmağımda və bunun doğurduğu bütün nəticələrdə həlledici amil oldu. Tarixi geri qaytara bilmərəm. Hətta İngiltərə Futbol Assosiasiyası da bunu edə bilməz. “Mançester Siti” ilə bağlı nə edilməlidir? Buna hakim qərar verməlidir”.

2015/2016 mövsümündə İngiltərə Premyer Liqasında hər iki Mançester komandası çempionatı eyni xalla başa vurmuşdu. Lakin əlavə göstəricilərdə rəqibini qabaqlayan “şəhərlilər” dördüncü yeri tutaraq Çempionlar Liqasına vəsiqə əldə etmişdilər. “Mançester Siti” 2009–2018-ci illər aralığında liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinib.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər