Lüka Şevalye qışda PSJ-dən ayrılmaq istəyir
PSJ-nin qapıçısı Lüka Şevalye müntəzəm oyun təcrübəsi qazanmaq üçün qışda komandanı tərk etməyi planlaşdırır. Paris klubu təklifləri nəzərdən keçirir.

PSJ-nin qapıçısı Lüka Şevalye qış transfer pəncərəsində komandadan ayrılmağa hazırlaşır. 25 yaşlı fransalı qolkiper daha çox forma şansı əldə etmək niyyətindədir. Bu barədə Offsideplus.az məlumat yayıb.
Fransalı oyunçu rəsmi qarşılaşmalarda sonuncu dəfə yanvarın 23-də çıxış edib. Həmin görüşdən sonra Paris təmsilçisinin əsas qapıçısı statusunu Matvey Safonov qazanıb. Ehtiyatda qalmaq istəməyən Şevalye gələcək karyerasını baş məşqçi Luis Enrike və idman direktoru Luiş Kampuş ilə müzakirə etməyi planlaşdırır.
PSJ rəhbərliyi qolkiperin həm icarəyə verilməsi, həm də birdəfəlik satışı variantlarına isti baxır. Lakin klub rəhbərliyi Şevalyenin gedişinə yalnız onun mövqeyinə yeni transfer edildikdən sonra icazə verəcək.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
PSJ
Luis Enrike


