Mançester Yunayted azarkeşləri Poçettinoya pankartla müraciət etdi
28 noyabr 2026 — Premyer Liqanın 12-ci turunda Mançester Yunayted azarkeşləri yaşıl-qızılı pankartla Maurisio Poçettinoya müraciət edib. Klub son oyunlarda…

28 noyabr 2026 — Mançester Yunaytedin azarkeşləri Premyer Liqanın 12-ci turunda Brentfordla matçdan əvvəl yaşıl və qızılı rəngli pankart açaraq baş məşqçi Maurisio Poçettinoya müraciət ediblər. Bu barədə Offsideplus.az məlumat yayıb.
Pankartın rəngləri klubun 1902-ci ilə qədər Nyuton Hit adı ilə çıxış etdiyi dövrün simpvolikasını xatırladır. Açıq şəkildə görünən yazıda isə belə deyilib: "Xoş gəlmisən, Poç! Evimizi xilas et, sahiblərimizi yox".
Mançester Yunayted son 14 oyunda cəmi bir qələbə qazanıb və Premyer Liqada hazırda 19-cu yerdə qərarlaşıb. Mənbələr bildirir ki, turun sonunda komanda sonuncu pilləyə düşə bilər.
Azarkeşlərin bu etirazı və pankartlı müraciəti klubun son dövr performansı və sahibkarlara qarşı narazılığın ifadəsi kimi qiymətləndirilir.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Mançester Yunayted
Misli Premyer Liqa


