Mariya Şarapova Bakıda INMerge sammitində çıxış edəcək
Mariya Şarapova 30 noyabr–1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək INMerge İnnovasiya Sammitində iştirak edəcək; spikerlər sırasında aparıcı…

21 oktyabr 2026. Məşhur tennisçi və iş adamı Mariya Şarapova noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək INMerge İnnovasiya Sammitində spiker qismində iştirak edəcək.
Tədbirdə həmçinin "Google X"in keçmiş baş biznes direktoru Mo Qavdat, "Nike"ın keçmiş baş marketinq direktoru Qreq Hoffman və iqtisadiyyat üzrə 2025-ci il Nobel mükafatı laureatı Coel Mokir də çıxış edəcəklər.
Şarapovanın idman karyerası ərzində beş dəfə Böyük Dəbilqə turnirini qazanması, WTA turnirlərində 34 dəfə qalib gəlməsi, 2012-ci il Olimpiya Oyunlarında gümüş medal alması və dünya reytinqinin birinci pilləsində 21 həftə qalması qeyd olunur. O, 2025-ci ildə International Tennis Hall of Fame-ə daxil edilib.
İdman karyerasını başa vurduqdan sonra sahibkarlıq və investisiya fəaliyyəti ilə məşğul olan Şarapova "Moncler" şirkətinin direktorlar şurasının üzvüdür və həmçinin The New York Times-ın bestseller siyahısına daxil olmuş kitabın müəllifidir.
Mənbə: GettoSport



