Marko Asensio Fenerbahçədə oyunda iştirakdan imtina etdi

Marko Asensio oktyabrın 14-də Aston Villa ilə matça ehtiyat heyətdə başlamağa etiraz edib, klub rəsmilərinin müdaxiləsinə baxmayaraq iştirak ərizəsindən imtina…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Marko Asensio və Oğuz Çetin matç öncəsi klub kameralarına əks olunan an
Foto: Offsideplus.az

16 oktyabr 2026 — Fenerbahçənin ulduz futbolçusu Marko Asensio oktyabrın 14-də İngiltərədə Aston Villa ilə keçirilən qarşılaşma öncəsi ehtiyat heyətdə olacağı xəbərinə etiraz edərək oyunun iştirak ərizəsindən imtina edib.

Hadisə meydançaya çıxışdan əvvəl baş verib və klubun rəsmi kanalının kameraları tərəfindən qeydə alınıb. Məlumata görə, əsəbiləşən ispaniyalı yarımmüdafiəçini veteran məşqçi Oğuz Çetin ehtiyatda oturmağa razı salmağa çalışıb, lakin Asensio razılıq verməyib.

Klub rəhbərləri də vəziyyətə müdaxilə etsələr də, futboçunun mövqeyi dəyişməyib və o, nəinki start heyətində yer almamağı, hətta iştirak ərizəsinə daxil edilməməyi seçib.

Arxa planda xatırladaq ki, həmin görüş oktyabrın 14-də keçirilib və Aston Villa Fenerbahçeni 6:0 hesabı ilə məğlub edib.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər