Matteus: Keyn Bayernlə 2029‑a qədər qalacaq

Lotar Matteus Harry Keynin Bayern Münhenlə 2029‑cu ilin yayına qədər yeni müqavilə imzalamasını yüksək qiymətləndirib və bunun klubla Bundesliqa üçün…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Lotar Matteus və Harry Kane Bayern forması fonunda
Foto: Offsideplus.az

6 noyabr 2026, Bakı. Almaniya futbolunun əfsanəsi Lotar Matteus Harry Keynin Bayern Münhenlə yeni müqavilə imzalamasına münasibət bildirib və ingilis hücumçunun 2029‑cu ilin yayına qədər Münhendə qalmasının həm klub, həm də Bundesliqa üçün vacib olduğunu deyib. Bu barədə Offsideplus.az məlumat yayıb.

Matteus bildirib ki, bu addım gözlənilən idi və hər iki tərəf üçün faydalıdır. O, futbolçu ilə klub arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu, açıq ünsiyyət və qarşılıqlı hörmətin olduğunu qeyd edib.

Matteusun fikrincə, Keyn 2023‑cü ildəki transferdən sonra son üç ildə gözləntiləri üstələyib və yaxın illərdə göstəriciləri əvvəlki kimi təsirli olmasa da, hələ də Bayern üçün çoxlu qollar vuracaq. O, müqavilənin müddətinə toxunaraq tərəflərin “iki və ya üç il olmasını müzakirə etdiklərini” deyib və əlavə edib: “Təsəvvür edin, klub onun şərtləri ilə razılaşmasaydı, böyük səs-küy yaranardı. Onun yerinə kim gətirilə bilərdi ki, belə məhsuldarlıq və liderlik keyfiyyətlərinə sahib olsun? Keyn ideal xüsusiyyətlərə malikdir.”

Matteus həmçinin bu qərərin Bundesliqa üçün vacib olduğunu vurğulayıb və sözlərinin sonunda belə əlavə edib: “Mən çox sevinirəm. Düşünürəm ki, bu xəbəri digər klubların azarkeşləri də müsbət qarşılayıb.”

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər