Max Ferstappen balans tapmağa çalışdığını açıqladı

Max Ferstappen və komanda yoldaşı Isack Hadjar 24 oktyabr 2026-cı il sərbəst yürüşlərindən sonra bolidin balansı və təkər problemləri üzərində işlədiklərini…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Max Ferstappen yarış maşını ilə trasda, komanda üzvləri ilə
Foto: Kokpit.az

24 oktyabr 2026. Red Bull sürücüsü Max Ferstappen və komanda yoldaşı Isack Hadjar Bəhreyn trasında keçirilən sərbəst yürüşlərdən sonra bolidin balansı üzərində işləmək lazım olduğunu qeyd ediblər.

Ferstappen bildirib ki, həftəsonuna yaxşı başladılar, lakin trasda həm yavaş, həm də sürətli döngələrə uyğun sazlamalar tapmaq çətindir: “Trasın nahamar olması işi daha da mürəkkəbləşdirir. Bununla belə, düzgün balansı tapmalı və ritmimizi tutmalıyıq. Birinci və ikinci sərbəst yürüşlərdə məhz bunun üzərində işlədik. Bolidin balansını yaxşılaşdırmaq üçün hələ görüləsi işlərimiz var. Amma ümumilikdə, gün pis keçmədi”.

Komanda yoldaşı Isack Hadjar isə ikinci sərbəst yürüşdə doqquzuncu yeri tutub və Ferstappendən təxminən bir saniyə geri qaldığını deyib. Hadjar fərqi bolidin uyğun olmayan sazlamaları ilə izah edib: “Birinci sərbəst yürüş yaxşı keçdi. Gözlədiyimiz kimi, trasda çoxlu nahamarlıq var idi, amma bundan lazımi nəticələr çıxardıq. İkinci sərbəst yürüşdən əvvəl komanda sazlamaları dəyişdi, lakin bu qərar istədiyimiz nəticəni vermədi.”

Hadjar həmçinin Soft təkərlərdə problemlər yaşadığını, Medium təkərlərlə müqayisədə Soft təkərlərdə rezinin həddindən artıq qızmasının dövrənin son hissələrində çətinlik yaratdığını vurğulayıb və bolidin balansı üzərində işləməyin cüməgünkü məşqlərin əsas məqsədi olduğunu əlavə edib: “Şənbə günü imkanlarımızdan maksimum yararlanmağa çalışacağıq”.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər