Maykl Karrick istefa iddialarını qəti şəkildə rədd etdi

Mançester Yunaytedin baş məşqçisi Maykl Karrick 21 oktyabr 2026-da istefa barədə yayılan söz-söhbətləri təkzib edib və klubun dəstəyini vurğulayıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Maykl Karrick Mançester Yunaytedin məşqində danışır
Foto: İdman.biz

21 oktyabr 2026, Çərşənbə — Mançester Yunaytedin baş məşqçisi Maykl Karrick istefa vermək niyyəti olduğu barədə yayılan məlumatlara münasibət bildirib və bu iddiaları rədd edib.

Karrick açıqlamasında klubdakı mövqeyinin və üzərinə düşən vəzifələrin tam aydın olduğunu bildirib. O, sözlərinin bir hissəsində deyib: "Hər şey son dərəcə aydındır. Rolumu və vəzifələrimi bilirəm. İşlərin nə vaxt yaxşı getdiyini, nə vaxt nəyisə düzəltmək lazım olduğunu başqasının mənə deməsinə ehtiyac yoxdur. Bunu özüm də bilirəm. Real vəziyyəti başa düşürəm və bu, məni qətiyyən narahat etmir. Hər şey aydındır, bu barədə əlavə edəcəyim çox şey yoxdur."

Karrick həmçinin komandanın nəticələrini yaxşılaşdırmağa çalışdıqlarını vurğulayıb: "Bilirəm ki, hər şeyin qaydasına düşməsi üçün matçlarda qalib gəlməliyik. Rəhbərliyin qeyd-şərtsiz dəstəyini hiss edirəmmi? Bəli, niyə də yox? Klubda hər kəslə əla münasibətlərim var. Heç bir problem və ya narazılıq yoxdur. Biz oyunlarda qalib gəlməliyik və məhz buna çalışırıq."

Qeyd edək ki, Mançester Yunayted Premyer Liqada keçirdiyi yeddi oyundan sonra yeddi xalla 13-cü pillədə yer alır.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər