Maykl Olise üçün Arsenal də transfer yarışıa qoşuldu
Arsenal Mikel Artetanın istəyi ilə Bayern hücumçusu Maykl Olise ilə maraqlanır; Real, PSJ və Liverpul da oyunçunu izləyir, Bayern müqavilə uzatmaq…

14 oktyabr 2026 — İngiltərə Premyer Liqa təmsilçisi Arsenal Bayern Münhendən vinger Maykl Olise ilə maraqlanır. Klubun baş məşqçisi Mikel Artetanın fransalı futbolçunu heyətə qatmaq istədiyi bildirilib.
Arteta Oliseni Arsenalın hücum xəttində əsas fiqurlardan birinə çevirmək niyyətindədir. Eyni zamanda Real Madrid, Paris Saint-Germain və Liverpool da 24 yaşlı sağ cinah oyunçusunu izləməyə davam edir.
Bayern rəhbərliyi isə Olisenin müqaviləsinin müddətini uzatmaq və onun maliyyə şərtlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq planındadır. Tərəflər razılığa gələ bilməsələr, Arsenalın 2027-ci ilin yayında konkret addım atacağı vurğulanıb.
Bu mövsüm bütün turnirlərdə Maykl Olise 9 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Arsenal UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi Sabahla eyni qrupdadır və komandalar 20 yanvar 2027-ci il tarixində İngiltərədə üz-üzə gələcəklər.
Mənbə: GettoSport
Arsenal
Bavariya
Mikel Arteta
Liverpul
PSJ
Misli Premyer Liqa
Real Madrid
Çempionlar Liqası


