Messi Qızıl Top mərasiminə qatılmayıb, Messi Kuboku açıldı
Səkkizqat Qızıl Top sahibi Lionel Messi oktyabrın 26-da öz adını daşıyan U-16 Messi Kubokunun açılışında iştirak edib və Ballon d'Or mərasiminə gəlməyib.

26 oktyabr 2026 — Səkkiz dəfə Qızıl Topu qazanan Lionel Messi oktyabrın 26-da 2026-cı il Qızıl Top (Ballon d'Or) təqdimat mərasiminə qatılmayıb. O, həmin gündə özünün təşkil etdiyi və gənc futbolçuların inkişafına həsr olunan U-16 "Messi Kuboku" turnirinin açılışında olub.
Açılış mərasimində bildirib ki, yarış istedadlı gənclərə rəqabət, öyrənmə və təcrübə qazanmaq imkanı verəcək. Bu il ikinci dəfə keçirilən turnirin həcmi ötən illə müqayisədə artıb — əvvəlki dəfə 8 komanda iştirak edirdisə, bu dəfə Avropa, Cənubi və Şimali Amerikanı təmsil edən 16 klub qatılıb.
Turnirə "Barselona", "Real Madrid", "Atletiko", "Çelsi", "Mançester Siti" və "Arsenal" kimi Avropa klubları ilə yanaşı Cənubi Amerikadan "River Pleyt", "Boka Xuniors", "Palmeyras" və "Flamenqo" da qatılıb. Turnirin təşkilatçısı və meydan sahibi Messinin çıxış etdiyi "İnter Mayami"dir.
Mənbələrə görə, Messi oktyabrın 26-dan noyabrın 2-dək davam edəcək turnirin oyunlarını izləməyi planlaşdırır. Onu yaxın dostları Luis Suares və Rodriqo De Paul, eləcə də ailə üzvləri müşayiət edə bilərlər. Beləliklə, argentinalı futbolçu "İnter Mayami"dəki öhdəliklərinə baxmayaraq, turnirə vaxt ayıracaq.
Mənbə: GettoSport
Lionel Messi
Qızıl Top
İnter Mayami
Real Madrid
Barselona
Mançester Siti
Arsenal
Çelsi
Atletiko Madrid
Rodriqo Hernandez


