Mourinyo Vinisiusla münasibətdə xüsusi strategiya seçdi
Joze Mourinyo Vinisius Juniorla paltardəyişmə otağındakı nüfuzunu nəzərə alaraq isti və qarşılıqlı etimada əsaslanan münasibət qurmağı seçib, deyə İspaniya…

14 oktyabr 2026. Joze Mourinyo "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Juniorla münasibətlərdə xüsusi strategiya tətbiq edir. Bu barədə ispan jurnalisti Abraham Romero məlumat verib.
Romeronun sözlərinə görə, Mourinyo futbolçunun meydandakı və paltardəyişmə otağındakı nüfuzunu nəzərə alaraq onunla etibarlı, isti və qarşılıqlı etimada əsaslanan əlaqə qurmağa çalışır. Məqsəd həm Vinisiusun, həm də bütün komandanın potensialından maksimum yararlanmaqdır.
Jurnalist vurğulayır ki, əvvəlki dönəmlərdə Xabi Alonso ilə Vinisius arasındakı münasibətlər korlandığı zaman bir çoxları səhvən düşünürdü ki, məşqçi futbolçunun bütün istəklərini qeyd-şərtsiz yerinə yetirməlidir. Romeroya görə problem bundan ibarət deyil, hətta əksinə — paltardəyişmə otağının ən vacib və emosional lider oyunçusu olduğu üçün xüsusi münasibət zəruridir.
Romero nümunə olaraq Mourinjonun keçmiş təcrübələrini xatırladır və bildirib: “Joze Mourinyo da əvvəllər Karlo Ançelotti və Alvaro Arbeloa kimi, həm Vinisiusun, həm də bütün komandanın potensialından maksimum yararlanmaq üçün braziliyalı ilə isti və qarşılıqlı etimada əsaslanan münasibətlər qurmağı şüurlu şəkildə seçib.”
Mənbə: GettoSport
Vinisius Junior
Joze Mourinyo
Real Madrid
Karlo Ançelotti
Xabi Alonso


