Nadejda Peskova atasının daha sərt olduğunu dedi
12 yaşlı fiqurlu konkisürən Nadejda Peskova TASS-la müsahibədə valideynlərindən kimin daha sərt olduğunu soruşulduqda atasını göstərib.

22 oktyabr 2026 — Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Olimpiya çempionu Tatyana Navkanın qızı, 12 yaşlı fiqurlu konkisürən Nadejda Peskova TASS agentliyinə verdiyi açıqlamada valideynlərindən hansının daha sərt olduğunu açıqlayıb.
Müsahibədə sualı cavablandıran Peskova "Bu, çətin sualdır . Çox güman ki, atam" deməklə atasının daha sərt olduğunu bildirib.
Qeyd olunur ki, Nadejda Peskova duet olaraq Andrey Çelekov ilə çıxış edir və onlar Anjelika Krılovanın rəhbərliyi altında məşq edirlər.
Mənbə: GettoSport



