Naxçıvanda yeniyetmə cüdoçuların qalibləri məlum oldu
Oktyabrın 18-də Naxçıvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş yeniyetmələr arasında muxtar respublika cüdo birinciliyinin qalibləri müəyyənləşib.

Oktyabrın 18-də Naxçıvanın İlham Əliyev adına Olimpiya İdman Kompleksində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş yeniyetmələr arasında muxtar respublika cüdo birinciliyi keçirilib. Yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşıb və 96 idmançı iştirak edib.
Oğlanlar və qızlar arasında müxtəlif çəki dərəcələrində keçirilən yarışın qalibləri aşağıdakılardır.
- Oğlanlar: Ayaz Əliyev (42 kq), Pərvin İsmayılov (46 kq), Davud Məmmədzadə (50 kq), Kamil Məmmədov (55 kq), Yusif Əsədli (60 kq), Nihad Qəribov (66 kq), İsmayıl Şükürlü (73 kq), Ramin İbrahimli (81 kq), Murad Xasıyev (+81 kq).
- Mütləq çəki: Elvin Cəfərli birinci yerə çıxıb.
- Qızlar: Aylin Əlizadə (28 kq), Zəhra Allahverdiyeva (32 kq), Ləman Bağırova (40 kq), Nuray Kərimova (52 kq), Yasəmən Əliyeva (57 kq).
Yarış iştirakçılarının çəki dərəcələri üzrə mübarizəsi yekunlaşıb və qaliblər medallar ilə təltif olunublar.
Mənbə: GettoSport



