Nəriman Axundzadə Azərbaycana qayıtmaq istəmir

Türkiyənin Erzurumspor klubunda çıxış edən Nəriman Axundzadə Azərbaycana qayıtmaq istəmədiyini və karyerasını xaricdə davam etdirəcəyini bildirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Nəriman Axundzadə Erzurumspor forması ilə
Foto: İdman.biz

Türkiyə Super Liqasında çıxış edən Erzurumspor klubunun hücumçusu Nəriman Axundzadə Azərbaycana qayıtmaq niyyətində olmadığını və bütün diqqətini legioner karyerasına yönəltdiyini bildirib.

Qarabağın sabiq futbolçusu Türkiyə çempionatındakı şəraiti yüksək qiymətləndirərək deyib: “Türkiyə çempionatı inkişaf baxımından çox yaxşıdır, matçlara azarkeş marağı da yüksək səviyyədədir”.

Gələcək planlarından və Ağdam təmsilçisi ilə münasibətlərindən danışan hücumçu ölkə xaricində möhkəmlənmək istədiyini vurğulayıb: “Toralla vaxt tapdıqca əlaqə saxlayırıq, tez-tez söhbət edirik. “Qarabağ” mənim evim kimidir, amma Azərbaycana qayıtmağı düşünmürəm. Bütün fikrimi karyeramı ölkə xaricində qurmağa yönəltmişəm, bunun üçün çox çalışıram. Azərbaycandan təklif gəlibsə də, xəbərim yoxdur”.

Türkiyə Super Liqasında geridə qalan səkkiz tur ərzində Nəriman Axundzadə Erzurumsporun heyətində üç oyunda meydana çıxıb.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər