Nikola Yokiçin Denver Naggets karyerası sual altındadır

Tanınmış jurnalist Tim Kavakami serbiyalı basketbolçu Nikola Yokiçin Denver Naggets komandasında qalacağına dair zəmanət olmadığını bildirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Nikola Yokiç oyun zamanı
Foto: Offsideplus.az

Nikola Yokiçin "Denver Naggets"dəki gələcəyi ilə bağlı qeyri-müəyyənlik hökm sürür. Tanınmış jurnalist Tim Kavakami serbiyalı mərkəz oyunçusunun komandada qalacağına və uzunmüddətli yeni müqavilə imzalayacağına dair heç bir zəmanət olmadığını bildirib. Bu barədə Offsideplus.az məlumat yayıb.

Kavakami bu barədə "The TK Show" podkastında danışaraq qeyd edib: "Bu barədə artıq bir müddətdir eşidirəm. Sual hələ də açıq qalır. Çox güman ki, Yokiç "Naggets"də qalacaq, amma bu, hələ də açıq sualdır. Onun qalacağına və böyük məbləğdə uzunmüddətli müqavilə imzalayacağına heç bir zəmanət yoxdur".

Mövcud müqaviləyə əsasən, oyunçunun 2027/28 mövsümündə seçimi mövcuddur. Basketbolçu bu imtina hüququndan istifadə edərək klubla 5 il üçün təxminən 360 milyon dollar dəyərində "süpermaks" müqavilə imzalaya bilər.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər