NTD məğlub oldu, baş məşqçi Tahir Baxşıyev səbəbləri izah etdi
24 oktyabr 2026: Azərbaycan Basketbol Liqasının IV turunda NTD komandası Orduya 71:102 hesabı ilə uduzdu. Baş məşqçi Tahir Baxşıyev oyunun səbəblərini…

24 oktyabr 2026, Bakı. Azərbaycan Basketbol Liqasının dördüncü turunda NTD komandası "Ordu"ya 71:102 hesabı ilə məğlub olub. Oyun sonrası baş məşqçi Tahir Baxşıyev qarşılaşmanın səbəblərini açıqlayıb.
Baxşıyev oyun barədə qısa və konkret fikirlərini verib: “Bu gün çox pis oynadıq. Oyunun bütün komponentlərində zəif çıxış etdik. Nə müdafiədə, nə də hücumda komanda oyunu göstərə bildik”. O, matçda komandanın həm texniki, həm də fiziki baxımdan zəif göründüyünü vurğulayıb.
Baş məşqçi məşq prosesində yaxşı hazırlaşdıqlarını, oyunun ilk dəqiqələrində tempi saxlaya bildiklərini, lakin beş-altı dəqiqədən sonra tempin düşdüyünü bildirib: “Halbuki həftə ərzində məşqlərdə yaxşı çalışmışdıq. Oyuna da pis başlamadıq. İlk dəqiqələrdə tempimiz yaxşı idi, mübarizə aparırdıq. Ancaq beş-altı dəqiqədən sonra bu tempi qoruya bilmədik.”
Baxşıyev heyətdəki zədə problemlərini əsas səbəblərdən sayıb və oyunqurucu mövqeyində çətinlik olduqunu qeyd edib: “Hazırda əsas problemimiz oyunqurucu mövqeyi ilə bağlıdır. Maqsud Hümmətov əlindən gələni edir. Oğuzxan Quliyev isə zədəlidir. Buna görə də rotasiya etməkdə çətinlik çəkirik. Qarşıda bizi çox iş gözləyir. Məşqlərdə daha çox çalışmalı və səhvlərimizi aradan qaldırmalıyıq.” O, həmçinin "Ordu"nu və xüsusilə Polad Həsənovu təbrik edib.
Mənbə: GettoSport



