Ordu mövsümdəki ilk qələbəsini NTD-yə qarşı qazandı

Azərbaycan Basketbol Liqasının IV turunda NTD ilə qarşılaşan Ordu 102:71 hesablı qələbə qazanaraq cari mövsümdə ilk uğuruna imza atıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
NTD və Ordu komandaları arasında basketbol oyunu
Foto: Offsideplus.az

Azərbaycan Basketbol Liqasının IV turu çərçivəsində "Ordu" komandası NTD ilə qarşılaşıb və cari mövsümdə ilk qələbəsini rəsmiləşdirib.

Bakı İdman Sarayında təşkil olunan qarşılaşma "Ordu"nun 102:71 hesablı üstünlüyü ilə başa çatıb.

Görüş boyu üstünlüyü əlində saxlayan qalib komanda ilk üç periyodda böyük fərq yaradıb (28:15, 27:18, 28:16). NTD yalnız sonuncu periodda 22:19 hesabı ilə üstün olsa da, bu, matçın yekun nəticəsini dəyişməyib.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər