Pedro Qvardiolanın dəstəyini və gələcək planlarını açıqladı
Pedro Rodriqes karyerasını başa vurduqdan sonra Pep Qvardiolanın ona göstərdiyi dəstəkdən, 2011 ÇL finalından və gələcək planlarından danışıb.

13 oktyabr 2026 — Sabıq "Barselona" hücumçusu Pedro Rodriqes karyerasını başa vurduqdan sonra keçmiş baş məşqçisi Pep Qvardiolanın onun inkişafında böyük rol oynadığını və ona verdiyi dəstəkdən danışıb.
39 yaşlı Pedro "Mundo Deportivo"ya verdiyi müsahibədə Qvardiolanın ona inanmasının və nə etməli olduğunu göstərməsinin karyerasında həlledici olduğunu vurğulayıb. O, məşqçinin motivasiya qabiliyyətini belə xatırlayıb: "Düşünürəm ki, Pep məndə uğur qazanmaq istəyini görürdü. O, mənə inanır, inkişaf etməyim üçün nə etməli olduğumu izah edirdi. Mən də onun fikirlərinə və futbol fəlsəfəsinə həmişə güvənirdim".
Pedro 2011-ci ildə "Mançester Yunayted"ə qarşı keçirilən Çempionlar Liqası finalından əvvəl Qvardiola ilə söhbətini də xatırlayıb: "Final həftəsinin bazar ertəsi günü məni kabinetinə çağırdı və oynamağa hazır olub-olmadığımı soruşdu... Məndən rəqibə təzyiq göstərməyi, fürsət yarananda qapıya zərbə endirməyi və həmişəki oyunumu nümayiş etdirməyi istədi."
Sabiq futbolçu "La Masiya"dakı ilk illərinin çətin keçdiyini, ailəsindən uzaq qalmasının ona problem yaratdığını və atasından kömək istədiyini deyib. O, indiki "Barselona"nın da böyük uğurlar qazana biləcəyini, Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın əvvəlki nəsillə oxşar cəhətlərinin olduğunu qeyd edib.
Pedro 20 illik peşəkar karyerasını 25 titul ilə başa vurub və "Barselona", "Çelsi", "Roma" və "Latsio"da çıxış edib. Hazırda bir müddət istirahət etmək istədiyini, daha sonra məşqçilik və ya futbol agentliyi sahəsində fəaliyyət göstərməyi nəzərdən keçirəcəyini bildirib.
Mənbə: GettoSport
Barselona
Çempionlar Liqası
Rodriqo Hernandez
Mançester Yunayted
Çelsi
Roma


