GETTOSPORT

Pirs Morqan Ronaldo və Messi müqayisəsini müdafiə etdi

Pirs Morqan şousunda Kriştiano Ronaldo və Lionel Messinin karyerasını dəyərləndirib; Ronaldonun mininci qoluna yaxınlaşması və oğlu meydandakı rolu müzakirə…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Pirs Morqan studiyada Ronaldo və Messi müzakirəsi zamanı
Foto: Offsideplus.az

13 oktyabr 2026 — Tanınmış teleaparıcı Pirs Morqan öz verilişində Kriştiano Ronaldo və Lionel Messi arasındakı müzakirəyə qatılaraq hər iki futbolçunun karyerasını qiymətləndirib.

Morqan çıxışında Ronaldonun mininci qoluna yaxınlaşdığına diqqət çəkib və onu “tarixdə ən məhsuldar hücumçu” kimi xarakterizə edib: "Ronaldo hesab edir ki, hücumçunun əsas vəzifəsi qol vurmaqdır və bu baxımdan o, tarixdə ən yaxşı bombardirdir. O, Portuqaliya, İngiltərə, İtaliya, İspaniya və hazırda Səudiyyə Ərəbistanında qol vurmağa davam edir. Hansı ölkəyə getsə, fərqlənməyi bacarır."

Verilişin digər iştirakçıları da mövzuya münasibət bildiriblər. Sabir futbolçu Endi Kerroll Messini fitri istedad baxımından üstün sayıb: "Əgər söhbət fitri bacarıqdan gedirsə, Messi birincidir. Amma Ronaldo bu səviyyəyə çatmaq üçün misilsiz zəhmət sərf edib."

Jurnalist Oliver Holt isə Ronaldonu yüksək qiymətləndirsə də, onu braziliyalı Ronaldo ilə müqayisə edərək əlavə edib ki, bu baxımdan “o, hətta dünya futbolunda ən yaxşı Ronaldo deyil”, çünki braziliyalı Ronaldo qısa müddətdə dünya çempionu olub. Müzakirədə həmçinin qeyd olunub ki, Corc Best kimi bəzi əfsanəvi oyunçular heç vaxt dünya çempionatında iştirak etməyiblər və bu, onların dəyərini azaltmır. Sonda iştirakçılar Messini daha çox komanda oyunçusu, Ronaldonu isə fərdi göstəriciləri ilə seçilən futbolçu kimi qiymətləndiriblər.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər