Pol Merson Mançester Yunaytedin durumunu sərt tənqid etdi

İngiltərə futbolunun tanınmış siması Pol Merson Mançester Yunaytedin hazırkı vəziyyətini dəyərləndirib və komandanın durumunun narahatedici olduğunu bildirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Pol Merson futbol matçını şərh edərkən
Foto: Offsideplus.az

İngiltərə futbolunun tanınmış simalarından Pol Merson "Mançester Yunayted" klubunun hazırkı durumunu sərt şəkildө tənqid edib. Sabiq "Arsenal" oyunçusu komandadaki böhranın baş məşqçi dəyişikliyi ilə aradan qalxmayacağını bildirib.

Merson qeyd edib ki, klubun idarəçiliyində və transfer siyasətində köklü dəyişikliklərə ehtiyac var: "İstəsəniz Karlo Ançelottini də gətirib ondan Premyer Liqanı qazanmağı tələb edə bilərsiniz, amma o da uğursuzluğa düçar olacaq. Mən təəccüblənərdim ki, kimsə desə, "Mançester Yunayted" mövsümü "Brayton"dan yuxarı başa vuracaq. Artıq bu, əvvəlki "Yunayted" deyil. "Brayton" bir komandadır, düzgün transferlər edirlər, superulduz almağa çalışmırlar, işlərini bilirlər".

Ekspert xatırladıb ki, Joze Mourinyo "Mançester Yunayted"də çalışarkən ikinci yeri tutmağı karyerasının ən böyük nailiyyəti adlandırmışdı və bu, həqiqət idi. Onun sözlərinə görə, klub ən bahalı futbolçuları transfer etməklə uğur qazana bilməz, çünki seçimlər çox vaxt təsadüfi xarakter daşıyır.

Sonda Pol Merson "Mançester Yunayted"in uzun müddət bu çətin vəziyyətdə qalacağını ehtimal edərək, rəhbərliyin "Brentford" və "Brayton" kimi klubların iş prinsiplərindən nümunə götürməli olduğunu vurğulayıb.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər