PSJ və Barselona oyununu Maykl Oliver idarə edəcək

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda keçiriləcək PSJ - Barselona matçının hakim təyinatları bəlli olub.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Maykl Oliver hakim formasında
Foto: İdman.biz

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək PSJ və İspaniyanın “Barselona” klubları arasındakı qarşılaşmanın hakim təyinatları açıqlanıb.

Oktyabrın 20-də Parisdəki “Park de Prens” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı İngiltərədən olan baş hakim Maykl Oliver idarə edəcək.

Ona həmyerliləri Stüart Bört və Ceyms Meynverinq xətt hakimi qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Robert Cons yerinə yetirəcək. Qarşılaşmanın video köməkçi hakimi (VAR) italiyalı Marko Di Bello, onun köməkçisi (AVAR) isə həmyerlisi Daniele Kiffi olacaq.

Qeyd edək ki, Maykl Oliver ardıcıl ikinci mövsümdə PSJ - “Barselona” qarşıdurmasına təyinat alıb. İngiltərəli referi ötən mövsüm Kataloniya təmsilçisinin 1:2 hesabı ilə uduzduğu matçı idarə edib.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər