Qalatasaray Batrakovun qiymətini 70 mln avroya qaldırmaq istəyir
10 noyabr 2026 — Türkiyəli jurnalist Ali Naci Küçük bildirir ki, Qalatasaray Aleksey Batrakovun transfer məbləğini 55 milyon avrodan 70 milyona çıxarmaq…

10 noyabr 2026 — Türkiyəli jurnalist Ali Naci Küçük xəbər verir ki, Qalatasaray rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun transfer qiymətini 55 milyon avrodən 70 milyon avroya qaldırmaq niyyətindədir. Bu barədə Offsideplus.az məlumat yayıb.
Küçük yazır ki, klub rəhbərliyi müqavilədəki çıxış məbləğini 70 milyon avroya çatdırmağı planlaşdırır. Hazırkı məbləğ 55 milyon avrodur, ilkin danışıqlarda isə Batrakovun agentləri 45 milyon avro tələb ediblər; Qalatasaray isə bu rəqəmi 55 milyon avroya qaldırıb.
Mənbə bildirir ki, Batrakovun transferi ümumilikdə 28 milyon avroya başa gəlib: 25 milyon avro əsas məbləğ və 3 milyon avro mümkün bonuslar. Həmçinin Lokomotiv klubuna dərhal 10 milyon avro ödənilib.
Jurnalistin yazısına görə, Qalatasaray bu addımı futbolçunun Çempionlar Liqasında hər oyunda fərqlənməsini nəzərə alaraq atmaq istəyir.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Qalatasaray
Çempionlar Liqası


