Qarabağ-2 və Sumqayıt-2 turu qələbə ilə başa vurdu
Əvəzedicilər Liqasının 5-ci turu çərçivəsində Sumqayıt-2 Şamaxı-2-ni, Qarabağ-2 isə səfərdə Zirə-2-ni məğlub edərək üç xal qazanıb.

Əvəzedicilər Liqasında 5-ci turun növbəti matçları keçirilib. Oktyabrın 11-də baş tutan iki qarşılaşmada "Sumqayıt-2" və "Qarabağ-2" komandaları qələbə sevinci yaşayıblar.
Günün ilk görüşündə "Şamaxı-2" kollektivini qəbul edən "Sumqayıt-2" meydandan minimal hesablı qələbə ilə ayrılıb. Qarşılaşmada yeganə qolu 35-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Nihad Orucəli vurub.
Digər oyunda isə "Zirə-2" öz meydanında "Qarabağ-2" ilə üz-üzə gəlib. Meydan sahibləri 9-cu dəqiqədə Yusif Hacıyevin qolu ilə önə keçsələr də, üstünlüklərini qoruya bilməyiblər. Ağdam təmsilçisi 86-cı dəqiqədə Mehdi Mütəllimli və 90-cı dəqiqədə Elton Mikayılovun qolları sayəsində 2:1 hesablı əzmkar qələbə qazanıb.
Mənbə: GettoSport
Qarabağ


