Qarabağ - Dinamo görüşünü estoniyalı hakim idarə edəcək
UEFA Gənclər Liqasında Qarabağ ilə Dinamo Zaqreb arasındakı oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Karl Koppel olacaq.

UEFA Gənclər Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək Qarabağ – Dinamo Zaqreb matçının hakimləri bəlli olub. Bakıda baş tutacaq ilk görüşü Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Karl Koppel olacaq. Ona yan xətlərdə həmyerliləri Riivo Stolts və Tor Vaas kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı referi Əli Əliyev yerinə yetirəcək.
Qeyd edək ki, komandalar arasındakı oyun oktyabrın 28-də paytaxtdakı “Azərsun Arena”da təşkil olunacaq. İki matçın yekununda qalib gələn tərəf növbəti mərhələdə Benfika (Portuqaliya) – Pafos (Kipr) cütünün güclüsü ilə qarşılaşacaq.
Mənbə: GettoSport
Qarabağ
Benfika


